Şamaxıda iki minik maşını toqquşub, 5 nəfər ağır xəsarət alıb

Şamaxıda iki minik maşını toqquşub, 5 nəfər ağır xəsarət alıb
# 18 sentyabr 2015 19:39 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında yolun 115-ci kilometrliyində, Şamaxının Mərzəndiyə kəndi ərazisində, Pirsaat ziyarətgahının yanında qeydə alınıb.

“VAZ 2107” və “Lada Priora” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı rayonunun Həmyə kənd sakinləri -1995-ci il təvəllüdlü Qafarov Cəfər Nəbi oğlu, 1988-ci il təvəllüdlü Eyvazov Nəriman Əlimövsüm oğlu, 1995-ci il təvəllüdlü Qurbanov Nəcəf Gündüz oğlu, 1988-ci il təvəllüdlü Kərimov Rəşad Misirxan oğlu, Bakı sakini 1966-cı il təvəllüdlü Ağayeva Mərziyə Ədil qızı ağır bədən xəsarəti alaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR