Millimizin oyunçusu Avropa çempionatının bombardiri olub

Millimizin oyunçusu Avropa çempionatının bombardiri olub
# 30 sentyabr 2015 08:44 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Avropa çempionatının qrup mərhələsinin statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Belçika və Hollandiyada təşkil olunan ilk 3 turdan sonra müəyyənləşən “onluq”da Azərbaycan millisinin oyunçuları da yer alıblar.

Belə ki, artıq yarışla vidalaşan yığmamızın üzvlərindən Polina Rəhimova 3 nominasiyada adından söz etdirməyi bacarıb. Hücumçumuz bombardirlik siyahısında hamıdan öndədi. Məğlub olduğumuz Türkiyə, Belçika və Macarıstanla görüşlərdə hamıdan çox xal yığan Rəhimovanın aktivində 66 dəqiq zərbə var. O, ən yaxın izləyiciləri Elitsa Vasilyevanı (Bolqarıstan) 3, Slöetyes Lonnekeni (Hollandiya) 7 xal qabaqlayır.

Polina topu oyuna ən yaxşı daxil edənlərin siyahısında da birincidi. Təmsilçimizin 8 servisi eyslə nəticələnib. Hücumda qazanılan xallarda isə Rəhimova 2-ci pillədə qərarlaşıb. O, 66 xaldan 54-nü hücumda aktivinə yazıb. Bu siyahıda Vasilyeva onu 1 xal qabaqlayır.

Ən yaxşı blokçuların “10-luğu”nda Kseniya Kovalenko 8 xalla 8-cidi. Liberoların siyahısında isə Valeriya Korotenko “10-luğu” qapayır.

Qeyd edək ki, Avropa çempionatında mübarizəni qrupda dayandıran voleybolçularımızın mövqelərini qoruması qeyri-mümkün olacaq. Çünki qarşıdakı matçlarda rəqiblərimizin onları keçməsi gözləniləndi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR