Azərbaycanlı hakim Çempionlar Liqasında Türkiyə klubunun oyununu idarə edəcək

Azərbaycanlı hakim Çempionlar Liqasında Türkiyə klubunun oyununu idarə edəcək
# 20 noyabr 2015 10:08 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq dərəcəli azərbaycanlı referi Eldar Əliyev qadın voleybolçular arasında Çempionlar Liqasına dəvət alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Əczaçıbaşı” (Türkiyə) – “Ximik” (Polşa) matçında ədaləti qoruyacaq.

İstanbulda, Burhan Felek Voleybol Salonunda baş tutacaq qarşılaşmada Əliyev ikinci hakim funksiyasını yerinə yetirəcək. Təmsilçimiz noyabrın 26-na təsadüf edəcək oyunda əsas referi Georgios Georgouleasa kömək edəcək.

Qeyd edək ki, Əliyevdən öncə, II turda Eldar Zülfüqarov da Çempionlar Liqasının oyununda fit sahibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR