Elektronlaşdırılan əmək müqaviləsi bildirişlərinin sayı 1 milyonu ötüb

Elektronlaşdırılan əmək müqaviləsi bildirişlərinin sayı 1 milyonu ötüb
# 25 sentyabr 2014 09:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron informasiya sisteminə (EİS) daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı artıq 1 milyonu ötüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, indiyədək EİS-ə 1 mln. 1 min 976 əmək müqaviləsi bildirişi daxil edilib.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, bu ilin 1 iyulundan əmək müqaviləsi bildirişləri EİS-ə daxil edilir.

Prosesə başlandığı ilk günlərdən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə edilən elektron xidmət növləri sırasında qərar tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR