İran ABŞ xalqına başsağlığı verib

İran ABŞ xalqına başsağlığı verib
# 15 dekabr 2012 09:04 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran Konnektikut ştatının Nyutaun şəhərindəki məktəbdə 26 nəfərin ölümü ilə nəticələnmiş qətliama görə ABŞ xalqına başsağlığı verib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, dünyanın müxtəlif yerlərində silahlı şəxslər tərəfindən həyata keçirilən terror hərəkətləri nəticəsində günahsız insanlar qətlə yetirilir: “Biz dövlət və ya vətəndaş səviyyəsində günahsız insanlara qarşı həyata keçirilən hər cür terroru qınayırıq. ABŞ-da, Qəzzada, Əfqanıstanda və Pakistanda silahlı hücumlar nəticəsində qurban gedən uşaqlar arasında heç bir fərq yoxdur, eyni zamanda dünyada sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün hər kəsin səy göstərməsi lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR