Gürcüstan prezidenti hökumətin yeni siyahısını qəbul etməyib - YENİLƏNİB

Gürcüstan prezidenti hökumətin yeni siyahısını qəbul etməyib - <span style="color: red;">YENİLƏNİB
# 01 may 2015 09:24 (UTC +04:00)

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, G. Marqvelaşvili bunu baş nazir və parlamentə daha sakit şəraitdə hökuməti formalaşdırmaq üçün imkan yaratmaq istəyi ilə əlaqələndirib.

O bildirib ki, fors-major durumda hökuməti formalaşdırmaq düzgün deyil.

*** 11.41

Bakı – APA. Gürcüstan baş naziri İrakli Qaribaşvili hökumətin yeni tərkibini açıqlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yerli qanunvericiliyə əsasən, bundan sonra prezident Georgi Marqvelaşvili hökumətin yeni tərkibini parlamentə təqdim etməlidir.

Öz növbəsində parlament yeni hökumətə etimad göstərməlidir.

Qeyd edək ki, bu həftə İ. Qaribaşvilinin rəhbərlik etdiyi Nazirlər Kabinetindən sayca yeddinci nazir istefa verib. Bu üzdən də hökumətə etimad məsələsi gündəmə gəlib.

Onu da əlavə edək ki, İ. Qaribaşvili ölkə tarixində ilk dəfə müdafiə naziri postuna qadın namizədi irəli sürüb. Bu, deputat Tina Xidaşelidir. T. Xidaşelidən başqa siyahıda infrastruktur və idman naziri postlarına namizədlər yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR