BMT 11 iyulu Srebrenitsa soyqırımını beynəlxalq anım günü kimi təsis edib

BMT 11 iyulu Srebrenitsa soyqırımını beynəlxalq anım günü kimi təsis edib
# 23 may 2024 22:36 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 1995-ci il iyulun 11-də baş verən Srebrenitsa hadisələrini soyqırım kimi tanıyıb.

APA-nın məlumatına görə, 84 ölkə müvafiq qətnaməni dəstəkləyib, nəticədə sənəd qəbul edilib.

BMT-nin19 ölkəsi qətnamənin əleyhinə səs verib, 68 üzvü isə bitərəf qalıb.

Qətnamə layihəsi Bosniya və Herseqovina, Ruanda, Almaniya nümayəndələri tərəfindən irəli sürülüb, əsasən Qərb ölkələri tərəfindən birgə dəstəklənib.

1995-ci ilin iyulunda Srebrenitsada bir neçə gün ərzində 8000-dən çox müsəlman öldürülüb.

Bosniya serb qüvvələrinin buna görə məsuliyyət daşıdığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR