Zaqatala sakininin evi yanıb - APA TV

Zaqatala sakininin evi yanıb - <span style="color: red;">APA TV
# 03 may 2013 07:09 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın bu gün səhər saat 06:46 radələrində Zaqatala şəhəri Abdulla Eminov küçəsi 61-də, Nəsirova Vəzifə Həzrətəli qızına məxsus, ümumi sahəsi 55 kv. m olan evdə qeydə alınıb.

Hadisə yerinə dərhal FNH-in Zaqatala rayon YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin mətbəxi, hamamı və çardaq hissəsindən 15 kv. m sahə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın nəticəsində ev sahiblərindən xəsarət alan olmayıb.

Faktla bağlı Zaqatala rayon YMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR