Müdafiə Nazirliyi Azərbaycan vətəndaşının girov götürülməsi faktını araşdırır

Müdafiə Nazirliyi Azərbaycan vətəndaşının girov götürülməsi faktını araşdırır
# 06 sentyabr 2014 12:14 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında bildirib ki, belə bir fakt var: "Belə bir fakt var, hazırda müvafiq araşdırma aparılır".

Qeyd edək ki, Ermənistan mətbuatı qondarma "Dağlıq Qarabağ Respublikasının" "Müdafiə Nazirliyinin mətbuat xidməti"nə istinadən Cavid Məmmədov adlı Azərbaycan vətəndaşının Aşağı Çaylı istiqamətində erməni əsgərləri tərəfindən saxlanılması barədə xəbər yayıb.

Ermənistan mətbuatı həmçinin C. Məmmədovun saxlanılması barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verildiyini də qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR