Bakıda İtaliya Mədəniyyət Mərkəzinin açılışı olub

Bakıda İtaliya Mədəniyyət Mərkəzinin açılışı olub
# 06 noyabr 2015 21:44 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bakıda noyabrın 6-da İtaliya Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərkəz Azərbaycan-İtaliya Assosiasiyasının dəstəyi ilə açılıb.

Go&Study və İtaliya Mədəniyyət Mərkəzinin həmtəsisçisi və icraçı direktoru Çingiz Əsgərov mərkəzin başlıca məqsədinin peşəkar italyan dili kurslarından tutmuş tarixi-arxeoloji, musiqi-opera, İtaliya mətbəxi, moda-dizayna aid müxtəlif master klasların təşkil edilməsi olduğunu bildirib.

“Bizim layihəmizin əsas tərkib hissələrindən biri gənc azərbaycanlı tələbələrin İtaliyanın özəl və dövlət universitetlərinə İtaliya dövlətinin təşkil etdiyi müxtəlif təqaüdlü ali təhsil proqramlarına göndərməkdir. Bundan başqa uşaqlardan tutmuş müxtəlif yaş hədlərində olan mərkəz üzvləri və müştərilərimizi İtaliyanın müxtəlif şəhər və bölgələrinə yay və qış düşərgələrinə göndərmək məqsədlərimizdən biridir”, deyə Çingiz Əsgərov bildirib.

Daha sonra mərkəz barədə təqdimat keçirilib.

İtaliya opera musiqisindən parçalar ifa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR