Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı uşaq xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı uşaq xilas olunub
# 15 iyul 2014 19:32 (UTC +04:00)

Bakı-APA. Bakının Binəqədi rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalan uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:20-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR