“Heydər Əliyevin İçərişəhərin qorunmasında rolu” mövzusunda elmi konfrans keçirilib

“Heydər Əliyevin İçərişəhərin qorunmasında rolu” mövzusunda elmi konfrans keçirilib
# 17 aprel 2013 09:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Azərbaycan Memarlar İttifaqı ilə birlikdə Beynəlxalq abidələr və tarixi yerlər gününə həsr olunmuş “Heydər Əliyevin İçərişəhərin qorunmasında rolu” mövzusunda elmi konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda çıxış edən idarə rəisi Mikayıl Cabbarov H.Əliyevin tarixi abidələrə olan diqqət və qayğısından danışıb. M.Cabbarov dəfələrlə məhv olmaq təhlükəsi ilə üzləşən İçərişəhərin qorunması, UNESCO-nun Dünya İrs Siyahısına salınması istiqamətindəki xidmətlərindən bəhs edib.

Sonra Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə, Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov və digərləri H.Əliyev haqqında xatirələrini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR