Elmar Məmmədyarov: “ATӘT-in fәaliyyәtdә olan sәdrindәn xahiş etdim ki, İrәvanda azәrbaycanlı girovların mәsәlәsini qaldırsın”

Elmar Məmmədyarov: “ATӘT-in fәaliyyәtdә olan sәdrindәn xahiş etdim ki, İrәvanda azәrbaycanlı girovların mәsәlәsini qaldırsın”
# 01 iyun 2015 10:46 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. “ATӘT-in fәaliyyәtdә olan sәdrindәn xahiş etdim ki, İrәvanda olarkәn azәrbaycanlı girovların mәsәlәsinә toxunsun. Onlar tezliklә öz vәtәnlәrinә qayıtmalıdır”.

APA-nın mәlumatına görә, bu sözlәri Azərbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov ATӘT-in fәaliyyәtdә olan sәdri, Serbiyanın xarici işlәr naziri İvitsa Daçiçlә görüşdәn sonra keçirilәn mәtbuat konfransında deyib.

Nazir xatırladıb ki, ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri birbaşa Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә mәşğuldular: “Azәrbaycan münaqişәnin hәlli ilә bağlı son sәnәdlәr üzәrindә tam şәkildә işlәmәyә hazırdır. Gözlәyirik ki, İrәvanda keçirilən görüşlәrdә bu mәsәlә yerindәn tәrpәnәcәk”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR