"Vulkan" motelində qadını qətlə yetirən şəxsə 18 illik həbs cəzası verilib

"Vulkan" motelində qadını qətlə yetirən şəxsə 18 illik həbs cəzası verilib
# 13 iyul 2016 13:51 (UTC +04:00)

Bakı - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirli bilinən Asim Ağamalıyevin məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Asim Ağamalıyev 18 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2014-cü il noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” motelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyiti tapılıb. Mərhumu qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyevin boğaraq öldürdüyü müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR