Edvard Nalbandyan “Chatham House”da çıxış edəcək

Edvard Nalbandyan “Chatham House”da çıxış edəcək
# 02 sentyabr 2015 13:55 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Böyük Britaniyanın “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunda nitq söyləyəcək.


APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, “Ermənistanın xarici siyasətində çağırışlar” mövzusu üzrə müzakirələr sentyabrın 10-da baş tutacaq. E. Nalbandyan 20 dəqiqəlik çıxışından sonra suallara cavab verəcək.

Xatırladaq ki, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan da bu yaxınlarda “Chatham House”da çıxış etmiş və bu fakt Azərbaycan dövlətinin etirazına səbəb olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR