Bakıda qəzaya uğrayan avtomobil təhlükəsizlik kamerasının dirəyinə çırpılıb - FOTOSESSİYA - VİDEO

Bakıda qəzaya uğrayan avtomobil təhlükəsizlik kamerasının dirəyinə çırpılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 avqust 2015 06:49 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə rayonun Mirəsədulla Mirqasımov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb. Ziya Xəlilov idarə etdiyi minik avtomobili Tahir Mehdiyevin idarə etdiyi maşınla toqquşub. İdarəetmədən çıxan avtomobillərdən biri yol kənarındakı təhlükəsizlik kamerasının quraşdırıldığı dirəyə çırpılıb. Qəza zamanı avtomobillərdən birinin qadın sərnişini xəsarət alıb. Zərərçəkən əraziyə gələn təcili tibbi yardım maşını ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına aparılıb. Həmin avtomobilin sürücüsü Ziya Xəlilov isə ayaq nahiyəsindən yüngül xəsarət alıb. Hadisə yerinə dərhal yol polisi əməkdaşları gəliblər. İlkin ehtimala görə, qəzaya səbəb avtomobillərdən birinin işıqforun qırmızı işığında keçməsi göstərilir.

Qəza nəticəsində hər iki avtomobil yararsız vəziyyətə düşüb və evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR