"Bank Melli İran Bakı" Azərbaycanın bank bazarının azı 5%-ə sahib çıxmağı qarşısına hədəf qoyub

"Bank Melli İran Bakı" Azərbaycanın bank bazarının azı 5%-ə sahib çıxmağı qarşısına hədəf qoyub
# 15 iyul 2015 05:55 (UTC +04:00)

Bakı - APA-Economics. "Bank Melli İran Bakı" filial şəbəkəsinin inkişafı ilə bağlı strategiyasını açıqlayıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, onun inkişafı üzrə aşağıdakı uzun, orta və qısa dövr üzrə strateji baxışlarını formalaşıb.

Uzunmüddətli strateji dövrdə (2016-2019) bank əsas etibarı ilə kiçik və orta biznesə, xüsusən İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin iştirakçılarına xidmət göstərən, iki ölkənin iqtisadi inteqrasiyasında başlıca rol oynayan, aktivlərinin, depozit və kredit portfelinin həcminə görə bank bazarının ən azı 5%-ə malik, güclü komandası olan, stabil və gəlirli bir törəmə banka çevrilməyi əsas hədəf kimi qarşısına qoyur.

Ortamüddətli strateji dövrdə (2013-2016) kiçik və orta biznesin müştəri bazasına qoşulması ilə geniş müştəri şəbəkəsi yaratmaq əsas strateji hədəfdir.

Qısamüddətli strateji dövrdə (2011-2013) qabaqcıl korporativ idarəetmə sistemlərinin əsaslanaraq, dayanıqlı və sağlam komanda formalaşdırmaq, keyfiyyətli kredit portfeli formalaşdırmaq, marketinq və satış işini, habelə müştəri xidmətinin təkmil standartlarını yaratmaq əsas hədəfdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR