Kaliforniyada evtanaziyaya icazə verilib

Kaliforniyada evtanaziyaya icazə verilib
# 06 oktyabr 2015 11:58 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Kaliforniya qubernatoru Cerri Braun sağalmaq ümidi olmayan xəstələrin könüllü surətdə ölmələrinə icazə verən qanun layihəsi imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə “The Los Angeles Times” məlumat yayıb.

“Mən uzun və əzabverici ağrılar çəkərək ölüm ayağında olsam, nə edə biləcəyimi deyə bilmərəm. Lakin əminəm ki, bu qanunla yaranan imkanlardan istifadə etmək pis olmazdı. Digər insanların da bu hüquqdan istifadə etmələrinə etiraz etməyəcəyəm”, - deyə 77 yaşlı C. Braun bildirib.

Yeni qanuna əsasən evtanaziya barədə qərar xəstənin yarım ildən çox yaşamayacağını təsdiq edən iki həkim tərəfindən qəbul ediləcək. Bununla yanaşı, qərar qəbul edilərkən xəstənin ağıl və hafizəsinin yerində olması zəruridir.

Kaliforniya ABŞ-da evtanaziyaya icazə verilən 5-ci ştat olub. Daha əvvəl analoji qərarlar Oreqon, Vaşinqton, Montana və Vermont ştatlarında qəbul edilib.

Evtanaziyaya Belçika, İsveçrə, Niderland, Lüksemburq və Kolumbiyada da icazə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR