Bakı. Fuad Cəfərov - APA. Ağdam sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 27-də Bərdə rayonunun Divanlı kəndinin meşə zolağında Ağdam rayon sakini Tofiq Atakişiyevin kəsdiyi ağac üstünə düşüb və o, aldığı xəsarətdən hadisə yerində ölüb.