Azərbaycan 2024-cu il Yay Olimpiya Oyunlarına ev sahibliyinə namizəd olmayacaq

Azərbaycan 2024-cu il Yay Olimpiya Oyunlarına ev sahibliyinə namizəd olmayacaq
# 16 sentyabr 2015 13:34 (UTC +04:00)

APA-nın Beynəlxalq Olimpiya Komitəsinin saytına istinadən verdiyi məlumata görə, bu gün 2024 Yay Olimpiya Oyunları üçün namizəd şəhərlər açıqlanıb.

Bunlar Budapeşt (Macarıstan), Hamburq (Almaniya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Romadır (İtaliya). Müraciət üçün son tarix sentyabrın 15-də bitib.

Bakı ilə yanaşı, Torontonun da namizəd olacağı gözlənilsə də, bu şəhərlərin namizədliyi irəli sürülməyib.

Oyunlara ev sahibliyi edəcək şəhərin adı isə 2017-ci ilin sentyabrında Perunun paytaxtı Limada məlum olacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova APA-ya açıqlamasında Azərbayanın 2024-cu il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməmək qərarının təsdiqləyib.

Onun sözlərinə görə, bunun səbəbi Azərbaycanın gələn il və ondan sonrakı ildə böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir: “Azərbaycan 2016-cı ildə "Formula-1" və Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final oyunlarına ev sahibliyi edəcək. Həmçinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq çox böyük diqqət və iş tələb edir. Bu işlərin ciddiliyini nəzərə alaraq namizədliyimizin verilməməsi qərara alınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR