Son 6 ildə paytaxt məktəblərini bitirən 10 məzun 700 bal toplayıb

 Son 6 ildə paytaxt məktəblərini bitirən 10 məzun 700 bal toplayıb
# 30 aprel 2013 16:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son 6 ildə Bakı məktəblərini bitirən məzunlardan 10-u ali məktəblərə qəbul imtahanlarında maksimum 700 bal toplayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, bu illər ərzində paytaxt məktəblərini bitənlərdən 33-ü qızıl, 10-u gümüş medal qazanıb. Fənn olimpiadasının respublika mərhələsində 650 şagird I-III yerlərə layiq görülüb. Son 6 il ərzində idmançılar 902 qızıl, 783 gümüş, 794 bürünc olmaqla ümumilikdə 2479 medal qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR