USAİD və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında anlaşma memorandumu imzalanıb - FOTOSESSİYA

USAİD və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında anlaşma memorandumu imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 17 aprel 2013 12:37 (UTC +04:00)

APA-nın məlumatına görə, memorandumu USAİD administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini xanım Aleksandra Peyc və QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev imzaladılar.

A.Quliyev çıxışında bildirib ki, memorandumun əsas məqsədi İqtisadi İnkişaf Nazirliyi ilə birgə yerinə yetirilən SEDA layihəsinin dəstəkləmək istiqamətində USAİD və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi, vətəndaş cəmiyyəti zəif inkişaf edən Araz, Quba-Xaçmaz və Gəncə-Qazax regionlara yardım etməkdir: “Ümidvarıq ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə imzaladığımız bu sənəd ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət edən iki nüfuzlu qurum arasında tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirəcək”.

Aleksandra Peyc isə çıxışında bildirib ki, hər iki təşkilat ədalətli iqtisadi-sosial inkişafın vacibliyini anlayır və güclü vətəndaş iştirakçılığını dəstəkləyir: “Bu, hər iki təşkilat arasında imzalanmış vacib sənəddir və öz-özlüyündə bir neçə il əvvəl bizim aramızda başlanmış əməkdaşlığın tarixi məqamıdır. Hesab edirəm ki, memorandum iki dövlət arasında münasibətlərin inkişafına yardım göstərəcək”.

Sonda tərəflər arasında İqtisadi inkişaf Nazirliyi, USAİD və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin iştirakı ilə anlaşma memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR