Azərbaycanlı fotoqraf TEAS-ın təşkil etdiyi fotomüsabiqənin qalibi olub - FOTO

Azərbaycanlı fotoqraf TEAS-ın təşkil etdiyi fotomüsabiqənin qalibi olub - <span style="color: red;">FOTO
# 06 dekabr 2014 10:20 (UTC +04:00)

Bakı – APA. On ölkədən olan 50-dən çox fotoqrafın 300-dən artıq fotoşəkili arasından peşəkar azərbaycanlı fotoqraf Dilavər Nəcəfovun “Çəhrayı lentlə gimnast” adlı fotoşəkli üç nəfər aparıcı fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkil etdiyi “Azərbaycan obyektivdə” foto idman müsabiqəsinin qalibi seçilib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, D. Nəcəfov nadir azərbaycanlı fotoqraflardandır ki, bütün karyerasını foto sənətinə həsr edib. İlk dəfə o, bu sənət növü ilə uşaqlıqda maraqlanıb, bundan sonra isə atası ona foto kamera və digər avadanlıqlar alıb. D. Nəcəfov 20 il ərzində Azərbaycan Gənclər və İdman Nazirliyinin fotoqrafı vəzifəsində çalışıb və idman sahəsində nailiyyətlərin əsas məqamlarını tutmaq bacarığı ilə tanınır. Onun işləri çox vaxt nazirliyin buraxdığı rəsmi dövri nəşrə daxil edilir.

Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunlarına həsr olunub.

İkinci yeri Parisdə yaşayan naturalistik fotoşəkillər əldə etməyə çalışan fransız fotoqraf və videoqrafı, keçmiş jurnalist Paul Robionun “Ipanema – Rio de Janeiro” adlı fotoşəkli tutub. Onun keçmişi xatırladan, sepia tonlu, faktiki olaraq siluet görüntüləri Braziliya əhalisi arasında futbolun böyük populyarlığını ehtiva edir.

Üçüncü yeri küçə fotosu sahəsində ixtisaslaşmış azərbaycanlı fotoqraf Rüfət Abas “Yekun təlimat” adlı fotoşəklinə görə tutub. Həmin fotoşəkildə “Formula 1” yarışının əvvəlində gərgin bir an əks olunub. 2012-ci ildə o, “Ağ-qara həyat” adlı fotokitab nəşr edib və keçən il Bakıda “Küçə, İşıq, Emosiya” adlı ilk sərgisi keçirilib. O, həmçinin, 2011-ci ildə Azərbaycan Fotoqraflar İttifaqının “İlin fotoqrafı” mükafatı ilə təltif edilib.

Qalib gələn üç şəkil və ilk onluğu təşkil edən 70 fotoşəkil kitab formasında çap olunacaq və gələn il 27 fevral tarixində Londonun “OXO Tower” qalereyasından başlayaraq daha sonra Fransa, Belçika, Niderland, Almaniya və Türkiyədə keçirilməklə bütün Avropada sərgilənəcək.

Müsabiqə TEAS-ın bir incəsənət növü kimi fotoqrafiya sənətinə davamlı marağını əks etdirir və onun iki il öncə təşkil etdiyi və uğurlu olan “Azərbaycan obyektivdə” adlı müsabiqəsinin və sərginin davamı sayıla bilər ki, həmin sərgi yenidən Avropanı gəzib və Avropa Parlamenti, Avropa Şurası, Parisdəki “Jozef” və Londondakı “Pall Mall Qalereyası” kimi salonlarda sərgilənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR