Rusiyadan Azərbaycana pul köçürmələri 22% artıb

Rusiyadan Azərbaycana pul köçürmələri 22% artıb
# 11 aprel 2013 12:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Rusiyadan Azərbaycana 2012-ci il ərzində 1,139 mlrd. ABŞ dolları həcmində şəxsi pul köçürmələri həyata keçirilib ki, bu da 2011-ci ilin göstəricisindən 22,2% çoxdur. «APA-Economics»in məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında göstərilir.

Ümumilikdə, ötən il ərzində Rusiyadan MDB ölkələrinə şəxsi köçürmələrinin həcmi 20,110 mlrd. dollara çatıb ki, bu da 2011-ci ilin göstəricisindən 21,7% çoxdur.

Beləliklə, Rusiyadan MDB ölkələrinə şəxsi pul köçürmələrinin strukturunda Azərbaycanın payı 5,7%-ə bərabər olub.

Köçürmələrin ən yüksək həcmi Özbəkistanın payına düşür (6,241 mlrd. dollar), sonrakı yeri isə Ukrayna (3,397 mlrd. dollar) tutur. Bundan başqa, hesabat dövründə Tacikistana 3,125 mlrd. dollar, Moldovaya 1,960 mlrd. dollar, Qırğızıstana 1,682 mlrd. dollar, Ermənistana 1,398 mlrd. dollar, Belarusa 843 mln. dollar, Qazaxıstana 298 mln. dollar və Türkmənistana 27 mln. dollar həcmində şəxsi pul köçürmələri həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR