Azərbaycanlı alimin “Sözde “ermeni soykırımı”nın 100.yılı” adlı kitabı Türkiyədə çap olunub

Azərbaycanlı alimin “Sözde “ermeni soykırımı”nın 100.yılı” adlı kitabı Türkiyədə çap olunub
# 04 aprel 2015 07:45 (UTC +04:00)

APA-nın Türkiyə müxbiri xəbər verir ki, Ərciyəs Universiteti Strateji Araşdırmalar Mərkəzi (ERUSAM) tərəfindən çap edilmiş “Sözde “ermeni soykırımı”nın 100.yılı” adlı əsər “Erivan”ın 24 Nisan 2015 hazırlıkları” və “Eski Oğuz yurdu tek uluslu ermeni devletine nasıl dönüştürüldü” başlıqlarını daşıyan iki hissədən ibarətdir.

ERUSAM-ın direktoru, dosent Cevdet Kırpık kitaba yazıdığı ön sözdə qondarma “soyqırım”ın 100-cü ilinə Ermənistandakı hazırlıqların mahiyyəti və “soyqırım” bəhanəsiylə Türkiyəyə qarşı yönəldiləcək suçlamaların Qafar Çaxmaqlı tərəfindən ilk mənbələr əsasında məharətlə ifşa edildiyini vurğulayıb.

Kitabın ikinci hissəsində isə Q. Çaxmaqlı XX əsrin əvvəllərindən başlayaraq, indiki Ermənistan ərazisindəki Azərbaycan türklərinin planlı şəkildə soyqırıma məruz qoyulmasını və deportasiya edilməsi nəticəsində yaranmış monoetnik Ermənistan dövlətinin təcavüzkar siyasətinin xüsusiyyətlərini ortaya qoyub.

Q. Çaxmaqlı Türkiyədə az bilinən hadisələrdən olan ermənilərin 31 mart 1918-ci ildə Bakıda Azərbaycan türklərinə qarşı həyata keçirdikləri soyqırımın təfərrüatlarına da kitabında geniş yer verib.

Qeyd edək ki, 2011-ci ildən Kayseridəki Ərciyəs Universitetində çalışan Q. Çaxmaqlı orada erməni dilini tədris edir. 2013-cü ildə onun “Ermenice dersler (kendi-kendine ermenice öğrenenler için)” adlı kitabı çapdan çıxıb.

Q. Çaxmaqlının erməni terrorçuluğunun mahiyyətini əks etdirən kitabı isə yaxın vaxtlarda İstanbulda işıq üzü görəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR