Tiflis və Tehran şəhərləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Tiflis və Tehran şəhərləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 20 may 2015 09:55 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Tiflis meri David Narmaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda səfərdə olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfər çərçivəsində Tiflis və Tehran şəhərləri arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Tiflis şəhər meriyasından verilən məlumata görə, müqavilə mədəniyyət, incəsənət və turizm sahələrində mədəni-tarixi dəyərlərin, iqtisadi sahələrin inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədi Tehran meri Məhəmməd Bəkir və Tiflis meri D. Narmaniya imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR