Avropa Liqasında çıxış edən Azərbaycan klublarının potensial rəqibləri məlum olub

Avropa Liqasında çıxış edən Azərbaycan klublarının potensial rəqibləri məlum olub
# 17 iyul 2015 14:59 (UTC +04:00)

Bakı – APA. Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə növbəti mərhələnin 29 cütü müəyyənləşib.

Mübarizəyə birbaşa qoşulacaq 25 klub, həmçinin 66 komandanın təşkil etdiyi 33 cütün potensial rəqibləri bəlli olub. Azərbaycanın iki təmsilçisi “İnter”lə “Qəbələ” də növbəti rəqibini tanıyıb.

“İnter” səfərdəki ilk qarşılaşmada 2:1 hesabı ilə məğlub etdiyi “Hafnarfyordur” səddini adlasa, İspaniya “Atletik”i ilə qarşılaşacaq. Təmsilçimizin ilk qarşılaşması Bilbaoda, cavab oyunu Bakıda keçiriləcək.

“Qəbələ” Serbiyada 1:0 hesabı ilə uduzduğu “Çukariçki”ni keçsə, "Apollon" (Kipr) - "Trakai" (Litva) cütünün qalibi ilə görüşəcək. “Qırmızı-qaralar” mərhələ adlasa, ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, bu mərhələnin oyunları iyulun 30-da və avqustun 6-da baş tutacaq.

Avropa Liqası

III təsnifat mərhələsi

“Sürix” (İsveçrə) - "Çerno More" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi

"Kayrat" (Qazaxıstan) - "Alaşkert" (Ermənistan) cütünün qalibi - "Riyeka" (Xorvatiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi

“Bordo” (Fransa) - AEK (Kipr)

“Alkmaar” (Hollandiya) - “İstanbul Başakşehir” (Türkiyə)

"Daçiya" (Moldova) - "Jilina" (Slovakiya) cütünün qalibi - “Vorskla” (Ukrayna)

"Skonto" (Latviya) - "Debretsen" (Macarıstan) cütünün qalibi - "Reykyavik" (İslandiya) – "Rusenburq" (Norveç) cütünün qalibi

"Lokomotiva" (Xorvatiya) - PAOK (Yunanıstan) cütünün qalibi - "Spartak" (Trnava, Slovakiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi

“Atletik” (İspaniya) - "Hafnarfyordur" (İslandiya) - "İNTER" (AZƏRBAYCAN) cütünün qalibi

"Çukariçki" (Serbiya) - "QƏBƏLƏ" (AZƏRBAYCAN) cütünün qalibi - "Apollon" (Kipr) - "Trakai" (Litva) cütünün qalibi
AİK (İsveç) - "Şirak" (Ermənistan) cütünün qalibi - “Atromitos” (Yunanıstan)

"Vest Hem" (İngiltərə) - "Birkirkara" (Malta) cütünün qalibi - "İnverness" (Şotlandiya) - "Astra" (Rumıniya) cütünün qalibi

"Şaxtyor" (Soliqorsk, Belarus) - "Volfsberger" (Avstriya) cütünün qalibi - “Borussiya” (Dortmund, Almaniya)

“Standard” (Belçika) - "Ferensvaroş" (Macarıstan) - "Jelezniçar" (Bosniya və Herseqovina) cütünün qalibi

“Altax” (Avstriya) - “Vitoriya” (Portuqaliya)

“Krasnodar” (Rusiya) - "Slovan" (Slovakiya) - UCD (İrlandiya) cütünün qalibi

"Koper" (Sloveniya) - Hayduk" (Xorvatiya) cütünün qalibi - "Mlada Boleslav" (Çexiya) - "Stromsqodset" (Norveç) cütünün qalibi

“Yelqava" (Latviya) - "Rabotniçki" (Makedoniya) cütünün qalibi - "Trabzonspor" (Türkiyə) - "Differdanj" (Lüksemburq) cütünün qalibi

"Beroe" (Bolqarıstan) - "Brondbü" (Danimarka) cütünün qalibi - "Yagelloniya" (Polşa) - "Omoniya" (Kipr) cütünün qalibi

“Sauthempton” (İngiltərə) - “Vitess” (Hollandiya)

“Şturm” (Avstriya) - “Rubin” (Rusiya)

"Şarlerua" (Belçika) - "Beytar" (İsrail) cütünün qalibi - “Zarya” (Ukrayna)

“Sampdoriya” (İtaliya) - "Voyvodina" (Serbiya) - "Spartak" (Yurmala, Latviya) cütünün qalibi

"Kukesi" (Albaniya) - "Mladost" (Monteneqro) cütünün qalibi - "Legiya" (Polşa) - "Botoşani" (Rumıniya) cütünün qalibi

“Yablonets” (Çexiya) - "Kopenhagen" (Danimarka) - "Nyu Taun" (Uels) cütünün qalibi

“Tırqu Mureş” (Rumıniya) - “Sent-Etyenn” (Fransa)

“Belenenseş” (Portuqaliya) - "Slask" (Polşa) - "Höteborq" (İsveç) cütünün qalibi

“Slovan” (Çexiya) - “Hapoel” (Kiryat-Şmona, İsrail)

"Hapoel" (Beer-Şeva, İsrail) - "Tyun" (İsveçrə) cütünün qalibi - Vaduts" (Lixtenşteyn) - "Nomme Kalyu" (Estoniya) cütünün qalibi

"Randers" (Danimarka) - "Elfsborq" (İsveç) cütünün qalibi - “Şemrok Rovers” (İrlandiya) - "Odd Qrenland" (Norveç cütünün qalibi)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR