Bakının məşhur mağazasında üzərində aksiz markası olmayan spirtli içkilərin satışının qarşısı alınıb

Bakının məşhur mağazasında üzərində aksiz markası olmayan spirtli içkilərin satışının qarşısı alınıb
# 06 oktyabr 2015 11:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları, üzərində Azərbaycanın aksiz markası olmayan və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda spirtli içkinin realizə olunmasının qarşısını alıb.

DGK-dan “APA-Economics”ə verilən məlumata görə, idarəyə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 7A ünvanında yerləşən “Ruslan-93” mağazasında üzərində aksiz markası olmayan spirtli içkilərin satılması barədə məlumat daxil olub.

Dərhal Baş İdarənin əməkdaşları tərəfindən həmin ünvandakı Abdullayev Telman Ələkbər oğluna məxsus mağazada zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat zamanı mağazadan Rusiyanın aksiz markası ilə markalanan külli miqdarda araqlar, həmçinin üzərində aksiz markası olmayan müxtəlif markalı spirtli içkilər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR