Qazaxıstanın Aktobe şəhərində terror təhülkəsi ilə bağlı "qırmızı səviyyə" elan edilib

Qazaxıstanın Aktobe şəhərində terror təhülkəsi ilə bağlı "qırmızı səviyyə" elan edilib
# 06 iyun 2016 08:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Qazaxıstanın qərbində yerləşən Aktobe şəhərində terror təhlükəsi ilə bağlı ən yüksək - "qırmızı səviyyə" elan edilib.

APA-nın “tengrinews.kz”ya istinadən verdiyi xəbərə görə, bununla bağlı əhliyə sms vasitəsilə məlumatlar göndərilir. Terror təhlükəsi ilə bağlı “qırmızı səviyyə” baş verən terror hadisəsi və təkrar hücumlar barədə məlumat olarkən elan olunur.

Xatırladaq ki, iyunun 5-də Aktobenin 3 rayonunda atışma baş verib, naməlum şəxslər 2 silah mağazasına və hərbi hissəyə hücum ediblər. Xüsusi əməliyyat zamanı 4 cinayətkar öldürülüb. Daha 7-si saxlanılıb. Bu gün səhər daha 5 terrorçunun məhv edildiyi açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR