Hüsaməddin Cindoruk: “Avropa Parlamenti peşəsi soyqırım törətmək olan işğalçı erməniləri mükafatlandırdı”

Hüsaməddin Cindoruk: “Avropa Parlamenti peşəsi soyqırım törətmək olan işğalçı erməniləri mükafatlandırdı”
# 15 aprel 2015 22:54 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisnin keçmiş spikeri Hüsaməddin Cindoruk deyib.

Aprelin 15-də Avropa Parlamentinin Türkiyə əleyhinə qəbul etdiyi qondarma “soyqırım” qərarını APA-ya şərh edən Hüsaməddin Cindoruk deyib: ”Bu qərar təkcə Türkiyənin yox, eyni zamanda, can qardaşımız Azərbaycanın əleyhinə qəbul edilib. Avropa Parlamenti türklərə qarşı soyqırım törətməyə özünə peşə seçən və Azərbaycan torpaqlarını uzun müddətdən bəri işğal altında saxlayan erməniləri mükafatlandırdı. Əslində Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarını işğal edərək Xocalı soyqırımını törətmiş erməniləri cəzalandırmalıdır. Ancaq təəssüf ki, AP bunu etmək əvəzinə Türkiyə əleyhinə heç bir əsası olmayan absurd qərar qəbul edib. Qərarın Türkiyəni narahat edəcək heç bir qüvvəsi yoxdur, çünki Türkiyənin bütün arxivləri açıqdır. Bizim əleyhimizə qərar qəbul edənlər zəhmət çəkib o arxivlərə baxsaydılar, ermənilərin bizə qarşı soyqırım törətdiklərini görə bilərdilər. AP-nin bizə qarşı qəbul etdiyi bu ədalətsiz qərarı unutmayacağıq. Həqiqətlərin ortaya çıxacağı günlər isə mütləq gələcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR