Şimali İrlandiya Assambleyasında Azərbaycanla münasibətlərə dair müzakirələr keçirilib

Şimali İrlandiya Assambleyasında Azərbaycanla münasibətlərə dair müzakirələr keçirilib
# 30 yanvar 2013 14:05 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkil etdiyi görüşdə 60-a yaxın şəxs, o cümlədən Qanunvericilik Assambleyasının 10 üzvü iştirak edib.

AAC-dan APA-ya verilən məlumata görə, Assambleyanın üzvü Maykl Kouplendin təqdimatının ardınca Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxış edib.

“Azərbaycan Sovet İttifaqından cəmi 22 il əvvəl ayrılaraq müstəqillik əldə edib, ölkəmiz müstəqilliyini ilk elan edən keçmiş sovet ölkələrindən biri oldu. Təbii ehtiyatlarımız sayəsində bizim iqtisadiyyatımız sürətlə inkişaf edir, lakin biz həmçinin qeyri-neft sektoruna daha çox investisiya cəlb etməyi planlaşdırırıq. Mən ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf edəcəyini səbirsizliklə gözləyirəm”, - deyə səfir bildirib.

Tədbirdə çıxış edən Şimali İrlandiyanın birinci naziri Piter Robinson qeyd edib ki, əsrlər boyu Şimali İrlandiya münaqişə şəraitində olub: “Hazırda isə biz sülhsevər, sabit cəmiyyəti inkişaf etdirmək üçün əzmlə çalışırıq. Milli kimlik mübahisəli məsələdir, əminəm ki, bizim azərbaycanlı dostlarımız bunu anlaya bilirlər. Buna baxmayaraq, investisiyalar artıb, indi bizdə inkişaf əvvəlkindən daha çoxdur. Bizdə vergilər çox aşağıdır və bu səbəbdən də nəzərəçarpacaq dəyişikliklər baş verir. Biz gələcəkdə qarşılıqlı səfərləri səbirsizliklə gözləyrik”.

“Action Renewables” şirkətinin icraçı direktoru, iş adamı Maykl Doran çıxışında Azərbaycandakı şəxsi təcrübələrindən danışıb.

“Mən Bakı və Naxçıvan Muxtar Respublikasında işləmişəm. Yerli sakinlər üçün treninqlər keçirmişəm, onların parlaq zəkalı, çalışqan və həvəsli olduğunun şahidi olmuşam”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR