Azərbaycan Hərbi Hava Qüvvələrinin də iştirak etdiyi beynəlxalq hərbi təlim başa çatıb

Azərbaycan Hərbi Hava Qüvvələrinin də iştirak etdiyi beynəlxalq hərbi təlim başa çatıb
# 11 aprel 2015 10:34 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Türkiyə, Azərbaycan, ABŞ, İspaniya, Macarıstan, Rumıniya, Şimali Kipr Türk Respublikası hərbi hava qüvvələrinin iştirakı ilə martın 30-da Konyada başlayan beynəlxalq “İşıq-2015/1” təlimi aprelin 10-da başa çatıb.

APA-nın məlumatına görə, təlimdə Azərbaycandan dörd ədəd "Mi-17" helikopteri və bir xüsusi təyinatlı tağım iştirak edib.

Təlimlərin keçirilməsində məqsəd birgə axtarış-xilasetmə, yaxın hava dəstəyi, dinamik hədəfləmə, digər ssenarilər çərçivəsində birgə hərəkət etmə və təlim səviyyəsinin yüksəldilməsi idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR