Xaçmaz. Vəli Turan – APA. Bu gün axşam saatlarında Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakini, 1957-ci il təvəllüdlü Osmanov Telman Mahmud oğlu müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Xəstəxanaya yerləşdirilən zərərçəkən aralarında yaranan mübahisə nəticəsində qonşusu tərəfindən bıçaqlandığını deyib.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.