Astarada Novruz bayramı qeyd olunub - FOTO

Astarada Novruz bayramı qeyd olunub  - <span style="color: red;">FOTO
# 16 mart 2013 14:32 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Bu gün Astara rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənlik tədbiri keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə şəhərin Nizami küçəsində rayonun İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunmuş kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkasında olublar. Burada respublikanın müxtəlif rayonlarından 20 şirkətin gətirdiyi müxtəlif növ məhsullar - pomidor, xiyar, portağal, banan, xurma, kişmiş, şirniyyat, ət, yağ, balıq, alma, armud, bal və s. satışa çıxarılıb. Yarmarkada məhsullar bazarla müqayisədə 30-35% aşağı qiymətə satışa çıxarılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və rayonun rəhbər işçiləri satış-yarmarkaya baş çəkərək, satılan məhsulların keyfiyyətinə və qiymətinə şəxsən nəzarət ediblər.

Rayon əhalisi daha sonra bayram şənliyinə qatılıb. Rayon Mədəniyyət Evinin «Sevinc» xalq çalğı alətləri ansamblının, ayrı-ayrı müğənnilərin, Kakalos kənd mədəniyyət evinin «Əvəsor» folklor kollektivinin ifa etdikləri mahnı və rəqslər böyük maraqla qarşılanıb. Novruz tonqalı yandırıldıqdan sonra xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgiyə və idmançıların çıxışlarına baxış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR