Həftənin ilk günü Azərbaycanın bəzi yerlərində havanın temperaturu 40 dərəcə isti olacaq - VİDEO

Həftənin ilk günü Azərbaycanın bəzi yerlərində havanın temperaturu 40 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 10 avqust 2014 12:50 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85 faiz, gündüz 45-55 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 26-27, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR