Bayram Səfərov: “ABŞ Senatında Azərbaycan əleyhinə təşkil olunan dinləmələr ölkəmizə qarşı qarayaxmadır”

Bayram Səfərov: “ABŞ Senatında Azərbaycan əleyhinə təşkil olunan dinləmələr ölkəmizə qarşı qarayaxmadır”
# 29 oktyabr 2015 10:39 (UTC +04:00)

APA-nın "secki2015.az" saytına istinadən verdiyi məlumata görə, bunu Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B. Səfərov bildirib ki, bu dairələri həqiqətən insan haqları maraqlandırsaydı, o zaman onlar bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün pozulan hüquqları ilə bağlı məsələni qaldırardılar. Onun sözlərinə görə, əslində bu cür qərəzli tədbirləri təşkil etməklə, həmin dairələr özləri insan hüquqları və digər ali dəyərlərə qarşı hörmətsizlik edirlər.

İcma sədri vurğulayıb ki, seçkilərə hazırlıq prosesi yüksək səviyyədə təşkil olunub: “Namizədlərin təbliğat-təşviqat kampaniyası keçirməsi üçün hər cür şərait var. Hər bir dairə üzrə kifayət qədər namizəd seçki marafonuna qoşulub”.

B. Səfərov əlavə edib ki, Azərbaycan xalqı dövlətin milli maraqlarını hər şeydən üstün tutur: “Əhali dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdən tam razıdır. Xalq prezidenti dəstəkləyir. Görülən işlərin, həyata keçirilən islahatların nəticələri göz qabağındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR