Biləsuvardakı silahlı insidentin təfərrüatları məlum olub - FOTO

Biləsuvardakı silahlı insidentin təfərrüatları məlum olub - <span style="color: red;">FOTO
# 09 oktyabr 2014 16:36 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Xırmandalı kəndində qeydə alınan hadisə torpaq mübahisəsi zəminində baş verib.

Kənd sakini Fərhad İsmayılov "Oba" adlanan ərazidə "Tula" markalı ov tüfəngindən həmyerliləri Adış və Bayram Novruzov qardaşlarına atəş açıb. Bayram qarın boşluğundan, Adış isə qarın və bud nahiyyəsindən güllə yarası alıb. Yaralı qardaşlar dərhal Biləsuvar mərkəzi rayon xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra B. Novruzovun vəziyyəti ağırlaşıb və o, Salyan mərkəzi rayon xəstəxanasına aparılıb.O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda hər iki yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Hadisəni törətmiş F. İsmayılov isə könüllü olaraq Biləsuvar rayon polis şöbəsinə gələrək təslim olub. O, istifadə etdiyi ov tüfəngini də polisə təhvil verib.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR