Son günlər yağan yağışlar nəticəsində sürüşmə zonalarında ciddi aktivləşmə qeydə alınmayıb

Son günlər yağan yağışlar nəticəsində sürüşmə zonalarında ciddi aktivləşmə qeydə alınmayıb
# 18 aprel 2013 07:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son günlər ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti sürüşmə zonalarına hər hansı mənfi təsir göstərməyib. Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov məlumat verib. O bildirib ki, ölkə ərazisində yağışlar yeni başlayıb və hələlik sürüşmə zonalarında ciddi hal aşkarlanmayıb: “Mövcud vəziyyətlə əlaqədar olaraq nazirlik tərəfindən sürüşmə zonalarında mütəmadi monitorinqlər aparılır. Aparılan monitorinqlər nəticəsində də həmin ərazilərdə aktivləşmə qeydə alınmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR