Manat avroya qarşı 0,6% ucuzlaşıb

Manat avroya qarşı 0,6% ucuzlaşıb
# 14 iyul 2016 07:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyul ayının 12-si ilə müqayisədə 0,17% artaraq 1,5576 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,6% möhkəmlənərək 1,7308 manat olub.


Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən dəyişməyərək 0,0243 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsi manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,09% artaraq 0,5371 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0563 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 0,62%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6631 manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR