Lənkəranda üç evdə yanğın olub

Lənkəranda üç evdə yanğın olub
# 23 aprel 2015 12:56 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda bir gündə üç yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, yanğın hadisələrindən biri Lənkəran şəhər sakini, 1957-ci il təvəllüdlü Nərminə Nəcəfovaya məxsus Heydər Əliyev prospekti, 31 ünvanında yerləşən ümumi sahəsi 100 kvadratmetr olan iki mərtəbəli, üç otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Digər hadisə şəhərin Səttərxan küçəsi, dalan 4, ev 7-də 1954-cü il təvəllüdlü Mirəsgər Əsgərova məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli, dörd otaqlı evdə baş verib.

Başqa bir yanğın hadisəsi isə rayonun Bala Şürük kənd sakini, 1956-cı il təvəllüdlü Vaqif Həsənova məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli fərdi evdə qeydə alınıb. Hər üç ünvana müvafiq olaraq iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib, onların səyləri ilə yanğın lokallaşdırılmaqla genişlənməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR