Azərbaycan və Nikaraqua xarici işlər nazirləri arasında görüş keçirilib

Azərbaycan və Nikaraqua xarici işlər nazirləri arasında görüş keçirilib
# 09 iyul 2014 10:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Xarici İşlər Nazirliyində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopes arasında görüş keçirilib. APA-nın xəbərinə görə, XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, görüşdə iki ölkə arasındakı qarşılıqlı əlaqələr müzakirə olunub. Bundan əlavə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.


Nikaraquanın xarici işlər naziri Azərbaycan tərəfini ölkəsinə investisiya qoymağa dəvət edib. Qonaq həmçinin iqtisadi, ticarət, regional məsələlər barədə fikirlərini bildirib.

Görüşdə iki ölkə arasında mütəmadi olaraq məsləhətləşmələrin keçirilməsinə dair qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR