Dələduzluqda təqsirləndirilən kafedra müdirinin məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən kafedra müdirinin məhkəməsi başlayıb
# 19 mart 2015 15:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə Dövlət Universitetinin Ekologiya və Təbiəti Mühafizə kafedrasının müdiri vəzifəsində işləmiş Vaqif Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, Vaqif Rəhimov Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR