“Risk əsasında sərnişinlərin seçimi” mövzusunda seminar öz işinə başlayıb

“Risk əsasında sərnişinlərin seçimi” mövzusunda seminar öz işinə başlayıb
# 12 noyabr 2015 10:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Noyabrın 12-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Regional Tədris Mərkəzində “Risk əsasında sərnişinlərin seçimi” mövzusunda seminar öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ÜGT-nin Dövlət komitə birlikdə təşkil etdiyi seminarda Azərbaycan gömrük orqanlarının 45 əməkdaşı iştirak edir.

Seminarın açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov mövzu ilə əlaqədar gömrük orqanlarının indiyə qədər gördüyü işlərdən - qanunvericilik və normativ-hüquqi bazanın hazırlanmasından bəhs edib. Ş.Bağırov seminarın risklərin idarə olunması işinin inkişafında, gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını, bunun da öz növbəsində gömrük işinin səmərəli təşkilinə fayda verəcəyini qeyd edib.

İkigünlük seminar Ümumdünya Gömrük Təşkilatının əməkdaşı Oğuz Önal və Türkiyə Gömrük Xidmətinin nümayəndəsi Sertac Yapıcının iştirakı ilə davam edəcək.

Seminarın gündəliyinə “Gömrük sahəsində risklərin idarə edilməsi”, “Risklərin idarə edilməsi strukturu”, “Risklərin qiymətləndirilməsi, profillərin yaradılması və hədəflərin müəyyən edilməsi”, “Risk əsasında sərnişinlərin seçimi”, “Riskin idarə edilməsi zamanı texnoloji dəstək əsasında sərnişinlərlə bağlı müsadirə halları” və digər mövzular daxildir.

Mövzu ilə bağlı qrup çalışmaları, təqdimat və müzakirələr keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR