Nikolay Patruşev: "Vaşinqtonun siyasəti Ukraynanın parçalanması ilə nəticələnə bilər"

Nikolay Patruşev: "Vaşinqtonun siyasəti Ukraynanın parçalanması ilə nəticələnə bilər"
# 15 sentyabr 2015 13:44 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

"Vaşinqtonun apardığı siyasətin digər məqsədi Ukraynada yaşayan xalqlara, kompakt şəkildə yaşayan etnoslara - ruslar, rumınlar, macarlar, polyaklar və digər xalqlara qarşı milliyətçi əhval-ruhiyyəni qızışdırmaqdır. Bu, Ukraynanın bir neçə hissəyə bölünməsi ilə nəticələnə bilər", - deyə o qeyd edib.

Patruşevin sözlərinə görə, ABŞ-ın vahid dövlətlərin məhv edilməsi məsələsində zəngin təcrübəsi var: "Buna misal Avropanın mərkəzində olan Yuqoslaviyadır. Güclu çoxmillətli dövlətlər bu gün xarici müstəqil siyasət yeritmək iqtidarında olmayan bir neçə kiçik dövlətə parçalanıb. Bu cür fəaliyyəti Vaşinqton Afrikanın şimalında və Yaxın Şərqdə də aparmağa cəhd edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR