Ukrayna DİN Odessa şəhəri üzrə İdarəsinin yeni rəisi rüşvət alan zaman saxlanılıb

Ukrayna DİN Odessa şəhəri üzrə İdarəsinin yeni rəisi rüşvət alan zaman saxlanılıb
# 28 avqust 2015 03:48 (UTC +04:00)

Bakı-APA. Ukrayna DİN-in Odessa şəhəri üzrə İdarəsinin yeni təyin edilmiş rəisi Oleq Makuxa avqustun 27-də 20 min dollar məbləğində rüşvət alan zaman saxlanılıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Ukrayna Baş Prokurorluğunun məlumatına əsasən, məmur korporativ münaqişəyə qanunsuz dəstək göstərməsinə görə külli miqdarda pul tələb edib.

Qeyd edək ki, Oleq Makuxa Ukrayna DİN-in Odessa üzrə İdarəsinin rəisi vəzifəsinə iyulun 1-də Odessa vilayətinin milis idarəsinin yeni rəisi Georgi Lortkipanidze tərəfindən təyin edilib. Yeni təyinatınadək Oleq Makuxa Nikolayev vilayətində Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR