Ombudsman: ““Nida” üzvləri etdikləri əməldən səmimi peşmançılıq çəkdiklərini bildirdilər”

Ombudsman: ““Nida” üzvləri etdikləri əməldən səmimi peşmançılıq çəkdiklərini bildirdilər”
# 18 mart 2013 15:05 (UTC +04:00)

Təkbətək görüş zamanı “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və təşkilatın İdarə Heyətinin üzvü Rəşad Həsənov, həmçinin müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan digər şəxslər istintaq təcridxanasında saxlanılma şəraiti ilə əlaqədar heç bir şikayətlərinin, rəftarla bağlı narazılıqlarının olmadığını, vaxtlı-vaxtında keyfiyyətli qida və gəzinti ilə təmin olunduqlarını bildiriblər.

Qeyd olunub ki, söhbət zamanı “Nida” təşkilatının üzvləri Ş.Novruzlu və B. Quliyev etdikləri əməldən səmimi peşmançılıq çəkdiklərini, təşkilatın idarə heyətinin üzvü R. Həsənov isə heç bir narazılığının olmadığını, həbs-qətimkan tədbirinin seçilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Müvəkkil baxışın nəticələrini Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəisi ilə müzakirə edib və öz tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR