Azərbaycanda Əfqanıstanın dövlət qulluqçuları üçün təlim keçirilir

Azərbaycanda Əfqanıstanın dövlət qulluqçuları üçün təlim keçirilir
# 01 may 2013 16:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın BMT İnkişaf Proqramı (UNDP) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Əfqanıstan İslam Respublikasının Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının 13 nəfərdən ibarət nümayəndə heyəti növbəti dəfə Bakıya səfərə gəlib.

DQMK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfərin əsas məqsədi dövlət qulluğuna qəbul, bu sahədə e-xidmətlərin göstərilməsi, insan resurslarının idarə edilməsi ilə bağlı Azərbaycanın təcrübəsi ilə tanış olmaqdır. Qeyd olunan sahələr üzrə komissiyanın əməkdaşları tərəfindən 1-3 may tarixlərdə əfqan dövlət qulluqçularına təlim keçiriləcək.

Bu gün keçirilən il təlimdə DQMK-nın sədri Bəhram Xəlilov dövlət qulluğu sahəsində Əfqanıstanın müvafiq qurumu ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib. Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Nato Alxazişvili dövlətin inkişafı üçün güclü dövlət qulluğu sisteminin mövcudluğunun zəruriliyini qeyd edib. Əfqanıstanın nümayəndə heyətinin təmsilçisi isə çıxışı zamanı qarşılıqlı səfərlərin əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb. Daha sonra nümayəndə heyəti Komissiyanın dövlət qulluğuna qəbulla bağlı test imtahanlarının keçirildiyi test mərkəzi ilə də tanış olublar.

Təlimin növbəti günlərində “İnsan resurslarının idarə edilməsi”, “Müsahibələrin keçirilməsi texnologiyaları”, “Etik davranış qaydaları: anlayışı və mahiyyəti”, “Səlahiyyətlərin bölgüsü-idarəetmə aləti kimi”, “Qəbulla bağlı tələbləri necə müəyyənləşdirməli”, “Vaxtın idarə edilməsi” mövzularında təqdimatlar ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR