Rusiyada sərnişin mikroavtobusunun aşması nəticəsində 13 nəfər xəsarət alıb

Rusiyada sərnişin mikroavtobusunun aşması nəticəsində 13 nəfər xəsarət alıb
# 29 avqust 2015 04:26 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Krasnoyarsk şəhəri yaxınlığında sərnişin mikroavtobusu aşıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 13 nəfər xəsarət alıb.

Mikroavtobus Krasnoyarsk-Tuva marşrutu üzrə hərəkət edirmiş.

İlkin versiyaya əsasən, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib. Hazırda hadisə yerində DİN-nin operativ-istintaq qrupu və xilasedicilər işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR