Azərbaycanda Prezident kuboku uğrunda IX çövkən milli oyunu üzrə yarışlar keçiriləcək

Azərbaycanda Prezident kuboku uğrunda IX çövkən milli oyunu üzrə yarışlar keçiriləcək
# 20 noyabr 2014 13:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dekabrın 12-dən 22-dək Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda IX çövkən milli oyunu üzrə yarışlar keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək yarış milli atüstü oyun ənənələrin qorunub saxlanılması, atçılığın inkişaf etdirilməsi və atçılıq turizminin təbliği məqsədi daşıyır.

Prezident kuboku oyunlarında respublikanın şəhər və rayonlarını təmsil edən 16 komandanın iştirakı gözlənilir. Qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim ediləcək.

Qeyd edək ki, 2013-cü ildə çövkən oyunu UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR