Tərtərdə yanğın olub

Tərtərdə yanğın olub
# 25 avqust 2015 16:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Tərtər rayonunda xeyli miqdarda ot bağlaması yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Tərtər rayonu, Evoğlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kvadratmetr olan talvarın altına yığılmış 16 ton ot bağlamasının 9 tonu yanıb. Talvar və ot bağlmasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR